Xilasedicilər 3 nəfəri Əzrayılın əlindən aldı
20 iyul 2014 19:55 (UTC +04:00)

Xilasedicilər 3 nəfəri Əzrayılın əlindən aldı

Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları 3 nəfəri batmaqdan xilas edib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonunda dənizdə batma təhükəsi ilə üzləşmiş 1 nəfər Nazirliyin “Seyidli” sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən xilas olunub. Bundan başqa Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-in “Əli-Bayramlı” sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən ölümdən qurtarılıb. 

Daha bir hadisə Bakıda qeydə alınıb. Dənizdə batma təhlükəsi ilə üzləşmiş şəxs “Zuğulba-1” sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən xilas olunub.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1285

Oxşar yazılar