Xaçmazda sərxoş gənc bıçaqlanıb
06 sentyabr 2013 00:04 (UTC +04:00)

Xaçmazda sərxoş gənc bıçaqlanıb

Sentyabrın 5-də axşam saatlarında Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Qaraquttu kənd sakini 1983-cü il təvəllüdlü Hacıyev Mübariz İsrafil oğluna naməlum şəxs və ya şəxslər xəsarət yetirib. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Tibb müəssisəsindənAPA-nın yerli bürosuna verilən məlumata görə, onun vəziyyəti orta ağırdır və xəsarət alan şəxs hadisə zamanı sərxoş olub.

 

Xaçmaz rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, hadisə ilə bağlı hələ ki saxlanılan yoxdur. 30 yaşlı şəxsi bıçaqlayan şəxsin və ya şəxsləri axtarışları davam etdirilir.

 

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739
avatar

Oxşar yazılar