
Vilayət Eyvazovdan qətlə yetirilən azərbaycanlı ilə bağlı GÖSTƏRİŞ
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun soydaşlarımızın hüquqlarının qorunması və onlara qarşı törədilən cinayətlərin üstünün açılmasına dair göstərişi əsasında Ukrayna Milli Polisində görüş keçirilib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyinin nəzdindəki nümayəndəsi, polis polkovniki Şahin Qocayev Milli Polisin birinci müavini, polis generalı Yevqen Koval ilə görüşərək soydaşlarımıza qarşı, o cümlədən Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevi qətlə yetirən cinayətkarların tezliklə tutulmasının vacibliyini vurğulayıb.
Yevqen Koval azərbaycanlılara qarşı törədilən cinayətlərin açılmasının, axtarışda olanların tutulmasının nəzarətdə saxlanıldığını, problemlərin tezliklə həll olunacağını qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı səfərlərin təşkili, ikitərəfli münasibətlər, səmərəli əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Müzakirələrdə Ukrayna Milli Polisinin Cinayət-Axtarış Departamentinin rəisi, polis polkovniki Vadim Dzyubımski və kollegiyanın üzvləri də iştirak ediblər.
Oxşar yazılar

Şəmkirdə yol çəkmək adı ilə sevgilisinin bütün qızıllarını aldı - ŞOK DƏLƏDUZLUQ
18 iyul 2025 , 16:07
Araz çayında yeniyetmə batdı - YENİLƏNİB
18 iyul 2025 , 16:04
"Parnik"də pomidor yerinə narkotik əkmişdi - Maştağada ƏMƏLİYYAT - VİDEO
18 iyul 2025 , 15:51
Bakıda ata həbsdəki oğluna qeyri-adi sovqat apardı
18 iyul 2025 , 15:38
Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 , 15:00
Ermənistanda işgəncələrə məruz qalan şəxs məhkəmədə ifadə verdi
18 iyul 2025 , 14:21
Azərbaycanlı milyarderdən rüşvət alan fransalının işində ittiham aktı ELAN OLUNDU
18 iyul 2025 , 14:11