Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı-Quba yolunun 145-ci kilometrliyində, Vəlvələ kəndi ərazisində Kamal Həsənov idarə etdiyi avtomobillə velosiped sürən 51 yaşlı Əhməd Tahirovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla əlaqədar araşdırmalar aparılır, ekspertizalar təyin edilib.