- “Turan” Prezident təyyarəsi haqda yazdığı xəbərə görə üzr istədi
- Sabah yaz havası olacaq - PROQNOZ
- Bakıda avtobus dayanacağını külək aşırdı -VİDEO

İşlədiyi fermer təsərrüfatının sahəsində narkotik tapıldı
Saatlı Rrayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədənlərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirib.
Daxili İşlər Nazirıiyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Saatlı rayonu Əliabad kənd sakini Aləm Heydərov saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 130 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni həmkəndlisi Emin Səmədovdan əldə etdiyini bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq E.Səmədovun işlədiyi fermer təsərrüfatı sahəsinə baxış keçirilib. Bu zaman oradan iki ayrı polietilen sellofana bükülmüş ümumi çəkisi 3 kiloqram 390 qram olan qurudulmuş marixuana və 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.
Oxşar yazılar

Şair Həsən Kürün vəziyyəti açıqlandı
23 fevral 2025 , 21:30Binəqədidə yataqxanada yanğın -VİDEO
23 fevral 2025 , 17:48
Mingəçevir su anbarında batan 26 yaşlı gəncin meyiti tapıldı
23 fevral 2025 , 17:19
Bakıda maşınlar yolda qaldı -FOTOLENT
23 fevral 2025 , 17:14
Məhkəmə xarici agent kimi tanınan Rövşən Əsgərovun hesablarını dondurdu
23 fevral 2025 , 16:06
Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz öldü
23 fevral 2025 , 16:01
Bakıda yollar sürüşkəndi: QƏZALAR OLDU -FOTOLENT
23 fevral 2025 , 15:38