Umud Mirzəyev regional təmsilçi seçildi
13 sentyabr 2013 16:12 (UTC +04:00)

Umud Mirzəyev regional təmsilçi seçildi

Bu gün Beynəlxalq Sülh Bürosunun üçillik assambleyasının, Şura və İdarə heyətinin iclası keçirilib. Lent.az-ın məlumatına görə, iclasda İdarə Heyətinin Prezidenti,  BSB-nun İdarə Heyətinin və Şurasının üzvləri, Baş Katib və Beynəlxalq Sülh Bürosunun bütün üzvləri iştirak edib.

İclasda Beynəlxalq Avrasiya Mətbuat fondunun rəhbəri Umud Mirzəyev də iştirak və çıxış edib. O, BSB-nin Ali  Şurasının Qərbi Asiya üzrə regional təmsilçisi seçilib.

 O, fəaliyyətlərinin əsas məqsədi obyektiv informasiyanın yayılması olduğunu deyib: “Lakin biz regionda sülhün inkişafı, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, münaqişələrin həlli və bu istiqamətdə kütləvi informasiya vasitələrinin dəstəyi ilə inkişaf naminə sizinlə əməkdaşlığı gücləndirmək istəyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473
avatar

Oxşar yazılar