TQDK müsahibə keçirəcək
17 iyun 2013 10:16 (UTC +04:00)

TQDK müsahibə keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)   iyunun 16-da Rusiya Federasiyası ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan gəncləri üçün qəbul imtahanı keçirib. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyentlərin (24 nəfər) hamısı imtahanda iştirak edib.

Nəticələr dünən etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Test imtahanı nəticəsində I ixtisas qrupunda 200 və daha yüksək,bal toplayan abituriyentlər,  II, III və IV ixtisas qruplarında 250 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılırlar. Müsahibə 2013-ci il bu saat 11:00-da TQDK-da keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669
avatar

Oxşar yazılar