Müğənni Maral Tahirqızı həbsdən çıxıb. Lent.az xəbər verir ki, 2015-ci ildə Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə həbs edilən və barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilən müğənni azadlığa buraxılıb.
O, cəza müddətinin üçdə iki hissəsini çəkdiyinə görə qanunun verdiyi imkandan yararlanaraq vaxtından əvvəl azadlığa çıxıb.