Sürücülərin nəzərinə: Heydər Əliyev prospektində hərəkət bərpa edilib
01 may 2013 14:16 (UTC +04:00)

Sürücülərin nəzərinə: Heydər Əliyev prospektində hərəkət bərpa edilib

 

Bu gün saat 09:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olan Heydər Əliyev prospektində (Heydər Əliyev Mərkəzindən metronun “Koroğlu” stansiyasına kimi bağlı olan hissədə) hərəkət tam bərpa olunub. Lent.az-ın məlumatına görə, prospektdə hərəkətə saat 14:00 radələrindən etibarən icazə verilib.

 

Qeyd edək ki, prospektin yuxarıda qeyd edilən hissəsi Bakıda keçirilən beynəlxalq velosiped yürüşünün birinci mərhələsinə görə bağlanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 985

Oxşar yazılar