Sumqayıtda sərnişin avtobusu ağır qəzaya düşdü: <span style="color:red;">7 yaralı
06 oktyabr 2017 09:59 (UTC +04:00)

Sumqayıtda sərnişin avtobusu ağır qəzaya düşdü: 7 yaralı

Sumqayıtda sərnişin avtobusu ilə traktor toqquşub. Lent.az xəbər verir ki, hadisə şəhərin mərkəzindəki Sülh küçəsində baş verib. "Hyundai" markalı, 90 JD 967 dövlət qeydiyyat nişanlı avtobusla "Combi" markalı texnikanın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213

Oxşar yazılar