Sumqayıt sakini qayınatasını döyərək öldürdü
19 iyun 2013 18:08 (UTC +04:00)

Sumqayıt sakini qayınatasını döyərək öldürdü

Sumqayıtda ailədaxili münaqişə ölümlə nəticələnib.


 

Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

 

Hadisə Sumqayıt şəhəri, İnşaatçılar prospektində yerləşən yataqxanada qeydə alınıb. Bir müddət əvvəl həyat yoldaşından ayrılan Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Şamil Abdulla oğlu Əhmədov onunla barışmaq üçün yaşadığı ünvana gəlib.

 

Ş. Əhmədov keçmiş həyat yoldaşı Təranə Hüseynovanı zorla özü ilə aparmaq istəyib. Bu zaman dava düşüb və ər keçmiş həyat yoldaşını döyüb. Bunu görən T. Hüseynovanın atası Təyyar Hüseynov qızını müdafiə etmək istəyərkən Ş. Əhmədov onu da vurub. Nəticədə kəllə-beyin travması alan T. Hüseynov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

 

Hazırda polis hadisəni törədən Ş. Əhmədovun tutulması istiqamətində tədbirləri davam etdirir.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

 

# 887
avatar

Oxşar yazılar

Azərbaycanlı sürücü TIR-la qəza törətdi

Azərbaycanlı sürücü TIR-la qəza törətdi

30 aprel 2024 , 12:20
Bakıda mağazadan 700 manatlıq ət  oğurlandı

Bakıda mağazadan 700 manatlıq ət oğurlandı

30 aprel 2024 , 11:47
Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU  - YENİLƏNİB

Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU - YENİLƏNİB

30 aprel 2024 , 11:31
Qız oğurladığı telefonu itirdi

Qız oğurladığı telefonu itirdi

30 aprel 2024 , 11:14
Narkotik satan azərbaycanlılar tutuldu

Narkotik satan azərbaycanlılar tutuldu

30 aprel 2024 , 10:52
Keçmiş daxili işlər naziri saxlanıldı

Keçmiş daxili işlər naziri saxlanıldı

30 aprel 2024 , 10:08
Bakıda 2-ci İNTİHAR:  qadın özünü binadan atdı

Bakıda 2-ci İNTİHAR: qadın özünü binadan atdı

30 aprel 2024 , 09:46
Bakıda kişini maşın vurub öldürdü

Bakıda kişini maşın vurub öldürdü

30 aprel 2024 , 09:20