Su gölməçəsindən kişi meyiti çıxdı
20 iyul 2014 14:36 (UTC +04:00)

Su gölməçəsindən kişi meyiti çıxdı

 

Qaxda su gölməçəsindən kişi meyiti tapılıb.

 

Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Şıxlar kənd inzibati ərazisinə məxsus otlaq sahəsindəki su gölməçəsindən üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti tapılıb.

 

Araşdırma zamanı məlum olub ki, su gölməçəsində tapılan meyit 1965-ci il təvəllüdlü, milliyyətcə gürcü olan rayonun Əlibəyli kənd sakini Sukaşvili Malxas İobyeviçdir. İlkin aparılan araşdırma zamanı məlum olub ki, havaların isti keçməsi ilə əlaqədar Malxas Sukaşvili sərinlənmək üçün su gölməçəsinə girib. Eplesiya xəstəliyindən əziyyət çəkən Malxas Sukaşvili su gölməçəsinə girdikdən sonra huşunu itirərək yıxılıb və boğulub.

 

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1129

Oxşar yazılar