Sosial şəbəkə dərdi: məktəblinin qanını tökdülər
Yanvarın 15-də Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Mehdiabad qəsəbəsində 1996-cı il təvəllüdlü Babazadə Fərid Yədulla oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. 17 yaşlı oğlan yaşadığı evin yaxınlığından, küçədən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dindirmə zamanı F.Babazadə polisə bildirib ki, onu məktəbdən tanıdığı Rza adlı oğlan bıçaqlayıb. 10-cu sinif şagirdi bildirib ki, məktəb şagirdlərinin istifadə etdiyi internet-çatda həmin oğlanla mübahisəsi düşüb. Daha sonra isə onlar küçədə görüşüblər və Rza tanışını bıçaqlayıb.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.

Sosial şəbəkə dərdi: məktəblinin qanını tökdülər
Oxşar yazılar

Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14
Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən 64 yaşlı kişi saxlanıldı
2 avqust 2025 , 16:53
İmişlidə DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü, ikisi qadındır
2 avqust 2025 , 12:26