Siyəzəndə 2 avtoqəza: 7 nəfər xəsarət alıb
18 iyun 2013 00:04 (UTC +04:00)

Siyəzəndə 2 avtoqəza: 7 nəfər xəsarət alıb

Siyəzən rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. “Ford” markalı yük maşınının yoldan çıxaraq aşıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 2 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralananlar 1988-ci il təvəllüdlü Qazax rayon sakini Mustafa Məmmədov və 1960-cı il təvəllüdlü Bakı şəhər sakini Tahir Cəbrayılovdur. Onlara Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində ilkin yardım göstərildikdən sonra paytaxtda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

 

Digər yol nəqliyyat hadisəsi zamanı 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar 1991-ci il təvəllüdlü Siyəzən rayon sakini Elçin İsgəndərov, 1993-cü il təvəllüdlü Siyəzən rayon sakini Arzu Orucov və Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Fərman Ağayev, 1985-ci il təvəllüdlü Arif Abbasquliyev, 1984-cü il təvəllüdlü Hüseyn Fətullayevdir. Yaralılara Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində ilkin yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471
avatar

Oxşar yazılar