Sərxoş kişi yıxılıb öldü
01 may 2013 18:12 (UTC +04:00)

Sərxoş kişi yıxılıb öldü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Şamaxı rayon sakini, Binəqədi rayonunda kirayədə yaşayan 1960-cı il təvəllüdlü Həsənov Sərdar Oqtay oğlu qonaq gəldiyi qardaşının evində yıxılıb. Başı metal parçasına dəyən kişi xəstəxanaya aparılarkən keçinib.

 

Hadisə Xırdalan şəhərində yerləşən 7 saylı məktəbin yaxınlığında, yeni tikilinin həyətində baş verib. Həmin vaxt S.Həsənovun sərxoş vəziyyətdə olduğu bildirilir.

 

 

Faktla əlaqədar araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806

Oxşar yazılar