Şəmkirdə maşın yandı: 1 ölü, 3 yaralı - YENİLƏNİB
15 oktyabr 2013 18:12 (UTC +04:00)

Şəmkirdə maşın yandı: 1 ölü, 3 yaralı - YENİLƏNİB

Azərbaycanda ağır yol qəzası baş verib.


 

 APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir rayonu, Yeni Yol kəndində 1966-cı il təvəllüdlü Talıbov Bəhmən Məhərrəm oğluna məxsus "Mercedes" markalı minik avtomobilin yol kənarına aşması nəticəsində yanğın baş verib. Yanğın nəticəsində minik avtomobili yanıb. Hadisə zamanı avtomobilin sürücüsü B. Talıbov ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib və avtomobildə olan 3 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi əhali tərəfindən avtomobildən çıxarılıb və Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1269

Oxşar yazılar