Şəki və Biləsuvarda yanğın
02 yanvar 2014 10:37 (UTC +04:00)

Şəki və Biləsuvarda yanğın

0

Azərbaycanın iki şəhərində yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəkidə vətəndaşa məxsus ümumi sahəsi 18 kv.m olan ərzaq mağazasının lambirdən ibarət tavanı və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 18 kv.m olan ərzaq mağazasının lambirdən ibarət tavanı yanıb.

 

Mağazaların qalan hissəsi yanğından mühafizə olunub.

Biləsuvarda isə vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və bitişik tikilmiş ev yanğından mühafizə olunub.

 

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 834

Oxşar yazılar