Samuxda 34 yaşlı qadın qonşusunu bıçaqladı
20 dekabr 2013 10:04 (UTC +04:00)

Samuxda 34 yaşlı qadın qonşusunu bıçaqladı

0

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib. Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

 

Kənd sakini, 16 yaşlı məktəbli Tofiq Məmmədovla qonşusu, 34 yaşlı Nurlana İsmayılova arasında baş verən mübahisə T.Məmmədovun bıçaqlanması ilə nəticələnib. N. İsmayılova məktəbliyə bıçaq xəsarəti yetirib. T. Məmmədov dərhal Samux Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1378

Oxşar yazılar