Əsgər oğlunu görməyə gedən ata qəzada öldü - YENİLƏNİB
27 oktyabr 2013 18:31 (UTC +04:00)

Əsgər oğlunu görməyə gedən ata qəzada öldü - YENİLƏNİB

Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun Şabran rayonu ərazisində keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, Biləsuvar rayon sakini, 1960-cı il təvəllüdlü Mirzəyev Təvəkkül Korus oğlunun idarə etdiyi  90  KB 530 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomaşın yoldan çıxaraq, dərəyə aşıb. Maşın təmir sexinin həyətindəki ayaqyolunu uçurub.

Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Onun sərnişini, 1964-cü il təvəllüdlü Bayramova Yeganə Eldar qızı və qəza zamanı ayaqyolunda olan 1963-cü il təvəllüdlü  İlqar İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, Y.Bayramovanın vəziyyəti orta ağırdır.

İ.İbrahimov isə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisənin yüksək sürətlə idarəetmə səbəbindən baş verdiyi bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4049

Oxşar yazılar