Sabirabadda ağır yol qəzası: 3 yaralı - YENİLƏNİB
03 yanvar 2014 16:21 (UTC +04:00)

Sabirabadda ağır yol qəzası: 3 yaralı - YENİLƏNİB

0

Sabirabad rayonunda ağır yol qəzası baş verib.


 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, “Daewo” markalı, 10 VZ 725 dövlət nömrə nişanlı avtomobil gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 18-ci kilometrliyində Şəhriyar kəndi ərazisində qəzaya uğrayıb. Sürətlə hərəkətdə olan avtomobil sərt döngəni keçə bilməyərək yoldan çıxıb və aşıb.

 

Nəticədə sürücü - 1993-cü il təvəllüdlü Məmmədov Abbas Əlmirzə oğlu və sərnişinlər - Sumqayıt sakini, 1990-cı il təvəllüdlü Nuriyev Azər Akif oğlu və 1981-ci il təvəllüdlü Mirzəyev Elxan ağır bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Avtomobildə olan hər üç şəxs Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən N saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçulardır.

 

Yaralılar DİN-in Bakıdakı hərbi hospitalına göndəriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2437

Oxşar yazılar