<b>20 dərəcə isti, külək -</b> <span style="color:red;">Sabahın HAVASI
22 aprel 2016 12:28 (UTC +04:00)

20 dərəcə isti, külək - Sabahın HAVASI

Aprelin 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən dəyişkən buludlu olacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, gündüz mülayim cənub küləyi arabir güclənəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 15-19, Bakıda gecə 8-10, gündüz 17-19 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz saatlarında ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

 

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta , gündüz  6-11 dərəcə isti olacaq. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 168

Oxşar yazılar