Sabah Azərbaycanda 18 dərəcə temperatur olacaq
11 aprel 2016 12:30 (UTC +04:00)

Sabah Azərbaycanda 18 dərəcə temperatur olacaq

Aprelin 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, cənub-şərq küləyi əsəcək. Abşeron yarımadasında havanın temperaturu gecə  7-11, gündüz  14-18  dərəcə isti olacaq. Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, duman olacağı , gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 15-20  isti, dağlarda gecə 1-6  dərəcə dərəcəyədək isti, gündüz 8-13  isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224

Oxşar yazılar