Sabah rayonlarda yağış yağacaq
26 oktyabr 2013 12:55 (UTC +04:00)

Sabah rayonlarda yağış yağacaq

Oktyabrın 27-nə olan hava haqqında məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 14-17 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 781

Oxşar yazılar