Qubada iki maşın toqquşub: xəsarət alanlar var
07 iyun 2014 23:02 (UTC +04:00)

Qubada iki maşın toqquşub: xəsarət alanlar var

Bu gün axşam saatlarında Quba rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun Qaraçay üzərindən keçən hissəsində qeydə alınıb. “KamAz” markalı 38 BE 335 dövlət nömrə nişanlı avtomobillə 10 TO 361 dövlət nömrə qeydiyyatlı “VAZ 2108” markalı avtomobil toqquşub.

 

Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Quba rayonu İkinci Nügədi kənd sakini 1998-ci il təvəllüdlü Əliyev Anar Tərlan oğlu və Birinci Nügədi kənd sakini 1983-cü il təvəllüdlü Osmanov Tehran Əmrulla oğludur. Hər iki şəxsə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar