Qızıl Xaç Azərbaycana keçən erməniyə baş çəkdi
17 sentyabr 2014 14:39 (UTC +04:00)

Qızıl Xaç Azərbaycana keçən erməniyə baş çəkdi

0

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bir müddət əvvəl Azərbaycanın Qazax rayonunda sərhədi keçən Ermənistan vətəndaşına baş çəkiblər.


 

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, görüş sentyabrın 16-da baş tutub. Saxlanılan şəxsdən ailəsi üçün məlumat alınıb.

 

Qeyd edək ki, avqustun 26-da Ermənistan vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq ölkəmizin ərazisinə keçib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 919

Oxşar yazılar