Polis tələbə qızları vurub qaçan avtomobili axtarır
21 dekabr 2013 15:49 (UTC +04:00)

Polis tələbə qızları vurub qaçan avtomobili axtarır

0

Ağcabədi rayonunda naməlum avtomobil 2 piyadanı vurub. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Ağcabədi şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən rayon sakinləri 19 yaşlı Sevda Abdullayeva və 18 yaşlı Fatimə Tağıyeva vurulub. Piyadalar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.

 

Məlumata görə, hər iki qız Azərbaycan Pedaqoji Universitetinin Ağcabədi filialının tələbələridir. Faktla bağlı Ağcabədi RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2133

Oxşar yazılar