Oğul atasını güllələdi
26 avqust 2013 13:48 (UTC +04:00)

Oğul atasını güllələdi

Azərbaycanda oğul atasını gülləyərək qətlə yetirib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 24-də Beyləqan rayonunun Aşıqallar kəndi ərazisində kənd sakini Əfqan Qurbanov ailə münaqişəsi zəminində tüfəngdən atəş açaraq atası Vidadini qətlə yetirib.

 

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. Qurbanov tutulub.

 

Odan müvafiq sənədləri olmayan 1 ədəd “BUM” markalı ov tüfəngi götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3899

Oxşar yazılar