
Qiyas İbrahimov və atasının məhkəməsi başladı
Bu gün Yasamal rayon Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
APA-nın məlumatına görə, hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib. İclasda vəkil Elçin Sadıqov bir sıra vəsatətlər verib. Vəsatətlər baxılmamış saxlanılıb.
Hazırlıq iclası noyabrın 7-də davam edəcək.
Qeyd edək ki, Q. İbrahimov və H. İbrahimova qarşı Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (Məhkəməyə hörmətsizlik etmə) ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.
Oxşar yazılar
Ucarda "KamAZ" aşdı, sürücü xəsarət aldı-FOTO
29 iyun 2025 , 07:14
Hacıqabulda qəza: sürücü hadisə yerində öldü
29 iyun 2025 , 06:33
Masallıda ailə faciəsi: 29 yaşlı şəxs qayınanasını öldürdü, daha 3 nəfəri yaraladı
29 iyun 2025 , 05:11
"Bizi döyə-döyə kabab yedilər" - İşgəncə verilən azərbaycanlı
28 iyun 2025 , 23:44
Kürdəmirdə ər arvadını öldürdü
28 iyun 2025 , 23:14
Goranboyda əkin sahəsində kişi meyiti tapıldı
28 iyun 2025 , 20:19
Daş karxanası çökdü, 3 işçi öldü
28 iyun 2025 , 18:30