Nərimanovda polislərin iştirakı ilə kütləvi dava
08 aprel 2013 11:39 (UTC +04:00)

Nərimanovda polislərin iştirakı ilə kütləvi dava

 

Bakının Nərimanov rayonu ərazisində kütləvi dava olub. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Mayakovski küçəsi-9 ünvanında yerləşən kafenin müştəriləri ilə polis əməkdaşları arasında yaranan mübahisə sonradan davaya çevrilib. Sərxoş gənclər bir neçə polis əməkdaşına zor tətbiq ediblər, onlardan birinin poqonunu cırıblar. Dalaşan gənclərdən biri "Mən rəisin bacısı oğluyam" deyib və polis əməkdaşlarına qarşı zorakılıqda xüsusi fəallığı ilə seçilib.

Sonra əraziyə Post-Patrul Xidmətinin bir neçə avtomobili və xeyli sayda polis əməkdaşı gəlib. Lakin onlar sərxoş gənclərə müdaxilə etməyiblər. Bir neçə dəqiqə hadisə yerində dayanan və baş verənləri müşahidə edən polis əməkdaşları ərazini tərk ediblər. Sərxoş gəncləri yalnız bundan sonra sakitləşdirmək mümkün olub. 

Hadisəni izləmək üçün əraziyə vətəndaşlar toplaşıb və Mayakovski küçəsində avtomobillərin hərəkətində problem yaranıb. 

Nərimanov rayon Polis İdarəsindən məlumat almaq mümkün olmayıb. İdarənin növbətçi hissəsindən anspress-ə bildirilib ki, onlarda kütləvi dava ilə bağlı heç bir məlumat yoxdur.

# 2083
avatar

Oxşar yazılar

Bakıda kişi kanalizasiya quyusuna  düşüb öldü

Bakıda kişi kanalizasiya quyusuna düşüb öldü

2 may 2024 , 09:57
Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

2 may 2024 , 09:23
Şamaxıda DƏHŞƏT:  kafenin həyətində özünü asdı

Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı

2 may 2024 , 09:20
Bakıda ev yandı, ölən var

Bakıda ev yandı, ölən var

2 may 2024 , 09:11
Neftçilər prospekti bağlandı

Neftçilər prospekti bağlandı

2 may 2024 , 08:07
Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var  - FOTO

Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var - FOTO

2 may 2024 , 03:30
Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

2 may 2024 , 02:22
NAXÇIVANDA DƏHŞƏT:   Ocaq qalamaq istədi, yandı

NAXÇIVANDA DƏHŞƏT: Ocaq qalamaq istədi, yandı

1 may 2024 , 23:10