Nənə və nəvə vuruldu
27 oktyabr 2013 12:06 (UTC +04:00)

Nənə və nəvə vuruldu

Ötən gün Quba rayonunun Dağlı kəndində yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon sakini, 1993-cü il təvəllüdlü Kərimov Sərdar Qəribağa oğlu idarə etdiyi motosikletlə yol keçmək istəyən nənə və nəvəni vurub.

 

Qəza nəticəsində Nazilə Əliyeva və onun nəvəsi, 2006-cı il təvəllüdlü Turan Əliyev müxtəlif bədən xəsarət alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti orta ağırdır.

 

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482

Oxşar yazılar