Müdafiə Nazirliyində generalın yerinə təyinat
23 iyul 2013 14:03 (UTC +04:00)

Müdafiə Nazirliyində generalın yerinə təyinat

Müdafiə Nazirliyi sistemində yeni təyinat olub. APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin imzaladığı müvafiq əmrlə Beyləqan korpusunun qərargah rəisi, polkovnik Şəmsəddin Abuşov Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə rəis təyin edilib.

 

Xatırladaq ki, 2009-cu ilə kimi Təlim Tədris Mərkəzinin rəisi vəzifəsində general-mayor Lənkəran Əliyev çalışıb. 2009-cu ildə L. Əliyev bu vəzifədən uzaqlaşdırıldıqdan sonra indiyə kimi bu vəzifəni Təlim Tədris Mərkəzinin rəis müavini olmuş polkovnik Fikrət İbrahimzadə icra edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5363

Oxşar yazılar