MSK-dan əlillərin seçki hüququ ilə bağlı mühüm addım
29 iyul 2013 13:03 (UTC +04:00)

MSK-dan əlillərin seçki hüququ ilə bağlı mühüm addım

 



“Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdakı seçkilərdə hərəkət qabiliyyəti məhdud olan vətəndaşların səsvermə hüququnun təmin edilməsi üzərində iş aparır”. Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov söyləyib.

 


Məzahir Pənahov bildirib ki, artıq 1500-ə qədər seçki məntəqəsində əlil arabalarının hərəkəti üçün lazım olan pantusların olmadığı müəyyənləşib: “Əlillər üçün pilləkənlər üzərində pantus quraşdırılacaq. Həmin vətəndaşların da digər vətəndaşlar kimi istədiyi namizədə səs vermək hüququ təmin ediləcək”.

 


MSK sədri qeyd edib ki, bundan əvvəlki seçkilərdə gözdən əlil seçicilər üçün səsvermə şəraiti təmin olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar