Mövqelərimiz atəşə tutuldu
27 fevral 2013 09:57 (UTC +04:00)

Mövqelərimiz atəşə tutuldu

 

Erməni silahlı bölmələri bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub. MÜdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən ordusu

dünən və bu gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi  atəşə tutublar. Goranboy rayonunun işğal olunmuş Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Tərtər rayonunun Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

# 312
avatar

Oxşar yazılar