Mingəçevirdə yol qəzası: iki nəfər yaralanıb
10 mart 2014 20:11 (UTC +04:00)

Mingəçevirdə yol qəzası: iki nəfər yaralanıb

0

Mingəçevirdə iki nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhər sakini Zaur Vaqif oğlu Rəhimovun idarə etdiyi «VAZ-21012» markalı minik maşını ilə Tural Mustafa oğlu Kərimovun idarə etdiyi «QAZ-3110» markalı avtomobil toqquşub.

Nəticədə, hər iki sürücü ağır xəsarət alaraq, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, T.Kərimovun vəziyyəti nisbətən yüngül olsa da, Z.Rəhimovun vəziyyəti ağır olduğundan o, xəstəxananın reanimasiya şöbəsinə qəbul edilib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 582

Oxşar yazılar