Məktəbdə qan töküldü
26 oktyabr 2013 15:44 (UTC +04:00)

Məktəbdə qan töküldü

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Cəlilabad rayonunun Göytəpə şəhərində 1 saylı məktəbdə qeydə alınıb. Göytəpə şəhər sakini, 17 yaşlı İlkin Səxavət oğlu Məmmədovla həmyaşıdı Natiq Bağırov arasında düşən mübahisə qanla bitib. Belə ki, Natiq Bağırov üstündə gəzdirdiyi bıçaqla İlkin Məmmədovun kürək nahiyyəsindən vuraraq xəsarət yetirib.

 

Yaralı dərhal Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlər tərəfindən yaralıya ilk tibbi yardım göstərilib. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2289

Oxşar yazılar