Maşının vurduğu məcburi köçkün öldü
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Oktyabrın 9-da saat 7 radələrində Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Ağayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Cəbrayıl rayon sakini Solmaz Abdullayevanı vurub.
	Daxili İşlər Nazirliyindən Lent-az-a bildirilib ki, nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
	Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0