Lənkəranda bədbəxt hadisə baş verib. Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə iyulun 19-da axşam saatlarında rayonun Havzava kəndində qeydə alınıb.
Sözü gedən kənddəki qohumlarının evinə qonaq gəlmiş Lerik rayon sakini, 1991-ci il təvəllüdlü Fərahim Salman oğlu Rəhimov kənddəki göldə çimərkən boğulub.
Onun meyiti yerli sakinlər tərəfindən sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.