Lənkəranda iki “VAZ” qəzaya uğradı: ölənlər var
19 dekabr 2013 11:45 (UTC +04:00)

Lənkəranda iki “VAZ” qəzaya uğradı: ölənlər var

0

Dekabrın 18-də Lənkəran rayonunda ölümlə nəticələnən iki ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 13 radələrində Lənkəran şəhəri Xanbulaq kəndinin ərazisində Daşdatük kənd sakini Cavad Feyziyev idarə etdiyi “VAZ 21099” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Sürücü hadisə yerində ölüb, sərnişini - həmkəndlisi Kazım Camalov xəstəxanaya yerləşdirilib.

 

Oxşar hadisə  saat 08 radələrində Lənkəran şəhəri Göyşaban kəndinin ərazisində də baş verib. Şəhər sakini Vüsal Axundov idarə etdiyi “VAZ 21063” markalı avtomobili yolun kənarındakı hasara vurub və hadisə yerindəcə keçinib.

 

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1086

Oxşar yazılar