Kürdəmirdə ağır qəza: <span style="color:red;">3 yaralı
04 dekabr 2014 15:52 (UTC +04:00)

Kürdəmirdə ağır qəza: 3 yaralı

Ağsu-Kürdəmir-İmişli-Bəhramtəpə avtomobil yolunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün saat 14:00 radələrində yolun 64-cü kilometrliyində qeydə alınıb.

 

Qorxmaz Musayevin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili Kürdəmir istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq  dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü Qorxmaz Musayev və avtomobildə olan sərnişinlər Ayşən Musayeva və Əlizamin Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri  alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276

Oxşar yazılar