Küləkli hava faciəyə səbəb oldu: ölən var
18 mart 2013 12:45 (UTC +04:00)

Küləkli hava faciəyə səbəb oldu: ölən var

Bu gün Bərdə rayonunda faciəvi hadisə baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, səhər saatlarında Buəhmədli kəndində 1955-ci il təvəllüdlü Yusifov Yəhya Həsən oğlunun üstünə ağac düşüb. 58 yaşlı kişi irigövdəli ağacın altında qalıb və ağır xəsarətlər alıb. Çox keçmədən Y.Yusifov dünyasını dəyişib.

 

Faktla əlaqədar araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4152

Oxşar yazılar