İTV-nin əməkdaşı yol qəzasında ölüb
18 sentyabr 2013 02:37 (UTC +04:00)

İTV-nin əməkdaşı yol qəzasında ölüb

Sabirabad rayonu, Kürkəndi kəndində 1984-cü il təvəllüdlü Novruzov Samir Sabir oğluna məxsus "NİSSAN" markalı minik avtomobilinin "TOFAŞ" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nəticədə "NİSSAN" markalı avtomobilin mühərrik hissəsi yanıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri ağır bədən xəsarətləri ilə hadisə yerində keçinib.

Yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Yanğın saat 00:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Lent.az-ın rəsmi olmayan mənbələrə istinadən məlumatına görə,  “Nissan” markalı minik maşını “İçtimai” Televiziyanın avtomobili ilə toqquşub. Toqquşma nəticəsində İTV-nın əməkdaşı Tural Bağırov da dünyasını dəyişib. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2913

Oxşar yazılar