Türkiyənin Azərbaycanlıların sıx yaşadığı İğdır vilayətinin Qaraqoyunlu rayonunda “Hürgaz” qaz doldurma məntəqəsində partlayış baş verib.
Lent.az-ın aznews.az-a istinadən verdiyi məlumaat görə, hadisə nəticəsində 6 uşaq atası olan, 45 yaşındakı Ədalət Öztürk adlı şəxs ağır yaralanıb. Səbəbi hələ bilinməyən partlayış dünən axşam saat 17:00 radələrində baş verib. Partlayışdan dərhal sonra ətraf bələdiyyələrin yanğınsöndürənləri və çoxlu sayda təcili tibbi yardım maşınları hadisə yerinə cəlb olunub. Yanğınsondürənlərin müdaxiləsi nəticəsində yanğını söndürmək mümkün olub. Polis dərhal təhlükəsizlik tədbirləri həyata keçirib.
İğdır-Naxçıvan magistral yolu bağlanıb. Yanğında xəsarət alan Ədalət Öztürk İğdır Dövlət Xəstəxanasında edilən ilk müdaxilənin ardından təcili yardım ilə Van Təhsil və Araşdırma Xəstəxanasına Çatdırılıb. Hadisə ilə bağlı istintaq başladılıb. Yanğının baş vermə səbəbləri səbəbi araşdırılır.

İğdır – Naxçıvan yolu bağlandı - YENİLƏNİB
Oxşar yazılar

Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33
Salyanda AĞIR QƏZA, 3 nəfər öldü -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 18:29
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu -YENİLƏNİB
13 iyul 2025 , 17:42
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 , 11:50