Hacıqabul - Ağsu sərhədində azı 30 ha taxıl və örüş sahəsi yanıb
13 iyun 2013 00:03 (UTC +04:00)

Hacıqabul - Ağsu sərhədində azı 30 ha taxıl və örüş sahəsi yanıb

Hacıqabul və Ağsu rayonlarının sərhədində, Bakı-Qazax magistral yolundan 7 km aralıda taxıl və örüş sahələrində güclü yanğın baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ağsu rayonunun Padarqışlaq kəndi yaxınlığında baş verən yanğın 3 hektar biçilməmiş taxıl və 30 hektaradək örüş və biçilmiş sahələri əhatə edib.

 

Hadisə yerinə Hacıqabul rayon dövlət yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.  

 

Bəzi yerlərdə kənd sakinləri yanğının qarşısını ağır texnika cəlb etməklə öz qüvvələri ilə almağa çalışıb.

 

Yanğın 23.20 radələrində söndürülüb.   

# 510
avatar

Oxşar yazılar