Gəncədə avtobus piyadanı vurub
22 iyul 2013 22:59 (UTC +04:00)

Gəncədə avtobus piyadanı vurub

Gəncədə yolun kənarında avtobus gözləyən piyadanı avtomobil vurub. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. Gəncə şəhərində, Azərbaycan Texnologiya Universitetinin Yataqxanasında məskunlaşan Razim Həsənov idarə etdiyi UAZ markalı avtomobillə prospekt ilə Göygöl rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək, yolun kənarında qalan piyada, 1972-ci il təvəllüdlü, Gəncə şəhər sakini, Məhəmməd Cəfərquliyevi vurub. Piyada ağır bədən xəsarətləri ilə Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun səhhətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.    

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589

Oxşar yazılar