Bu gün Gəncə şəhərində qəsdən adam öldürməyə cəhd göstərilib. Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Gəncənin “Kolxoz” bazark\ı kimi tanınan mərkəzi bazarında 1990-cı il təvəllüdlü Süleymanov Rəşad Sarif oğlu 1975-ci il təvəllüdlü Hüseynov Eyvaz Daşdəmir oğluna çoxsaylı bıçaq zərbələri endirib. Bədəninin 8 yerindən daxilə keçən bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilən E.Hüseynovun vəziyyəti kritikdir.
İlkin məlumata görə, hər iki şəxs bazarda işləyirmiş.
Fakta görə Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb.