Falkao “Monako”da
01 iyun 2013 10:45 (UTC +04:00)

Falkao “Monako”da

Fransa çempionatında çıxış edən “Monako” klubu İspaniya “Atletiko”sunun futbolçusu Radamel Falkaonu transfer etdiklərini açıqlayıb. Lent.az-ın “Monako”nun rəsmi saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı hücumçu ilə 5 illik müqavilə bağlanılıb.

 

Kolumbiyalı oyunçunun keçidinin knyazlıq klubuna 60 milyon avroya başa gəldiyi bildirilir. Bununla da Falkao Fransa çempionatları tarixində ən bahalı futbolçu olub.

 

Qeyd edək ki, Radamel Falkao bu mövsüm “Atletiko”da 34 oyunda 28 qol vurub. “Monako” rusiyalı biznesmen Dmitri Rıbolovlyovundur.

# 562
avatar

Oxşar yazılar