
Fəhlə eyvandan yıxıldı
Bakıda fəhlə hündürlükdən yıxılaraq xəsarət alıb.
Lent.az-ın hüquq-mühafizə orqanalrından əldə etdiyi xəbərə görə, bu barədə Kliniki Tibbi Mərkəzdən Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə məlumat verilib. Məlumatda bildirilir ki, 40 yaşlı Ramin Novruzov hündürlükdən yıxılaraq kəllə-beyin travması alıb.
Polis əməkdaşlarının apardığı araşdırma nəticəsində məlum olub ki, Ramin Novruzov oktyabrın 22-də Səbail rayonu, Gülbala Əliyev küçəsində yerləşən, vətəndaşın istifadəsinə verilməyən tikilinin 3-cü mərtəbəsinin eyvanında suvaq işləri görərkən müvazinətini itirərək yıxılıb.
Oktybarın 23-də saat 00:30-da Kliniki Tibbi Mərkəzdən verilən arayışda zərərçəkənin sağ ayağında əməliyyat aparıldığı üçün izahat verməsinin mümkün olmadığı bildirilib.
Oxşar yazılar

Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05