Masallı rayonunun Təzə Alvadı kəndində (rayon mərkəzindən 10 km aralı) güclü yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan taxta konstruksiyalardan ibarət ərzaq mağazasının yanar konstruksiyaları 45 kv.m sahədə yanıb. Mağazanın içərisində olan mallar, 4 ədəd soyuducu və kondinsioner də yanaraq məhv olub. Mağazanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Alov saat 06:15-də yanğınsöndürənlər tərəfindən tamamilə söndürülüb.