Ermənilərin qətlə yetirdiyi Tərtər sakininin meyiti ailəsinə verilib - <span style="color:red;">YENİLƏNİB
19 iyul 2014 23:27 (UTC +04:00)

Ermənilərin qətlə yetirdiyi Tərtər sakininin meyiti ailəsinə verilib - YENİLƏNİB

Ötən gün Tərtərin cəbhəyanı Çaylı kəndi istiqamətində Tərtər çayında balıq tutarkən ermənilər tərəfindən qətlə yetirilən Əliyev Mübariz İsrafil oğlunun meyiti ailəsinə təhvil verilib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, onun meyitini yerli hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən götürüblər. M. Əliyevin cəsədi Tərtər MRX-nın morqunda müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

 

***

18.11

 APA-nın məlumatına görə, Tərtər şəhər sakini Mübariz Əliyev Çaylı kəndi yaxınlığında Tərtər çayı sahilində balıq tutarkən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən açdığı atəş nəticəsində öldürülüb.Hadisə iyulun 18-də axşam saatlarında baş verib.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin hadisə yerindən çıxarılmasına çalışırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4375

Oxşar yazılar