Əli Kərimlinin oğlu saxlanıldı
23 sentyabr 2013 13:55 (UTC +04:00)

Əli Kərimlinin oğlu saxlanıldı

AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli saxlanıb.

AXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 22-də Demokratik Qüvvələrin Milli Şurasının mitinqindən sonra baş verib. T. Kərimli və onunla birlikdə olan daha iki nəfər mitinqdən sonra paytaxtın mərkəzi hissəsində saxlanılaraq, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparılıb. Onlar seçki plakatlarını cırmaqda təqsirləndirilirlər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya bildirilib ki, informasiya araşdırıldıqdan sonra açıqlama veriləcək.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2121

Oxşar yazılar